Efiopiyada milislərlə ordu arasında şiddətli toqquşmalar baş verib



 18:05 25.09.2023     295

Efiopiyanın Amhara əyalətində milislərlə ordu arasında şiddətli toqquşmalar baş verib.

Demedia.az xəbər verir ki, ölkənin şimalında Tiqray Xalq Azadlıq Cəbhəsi ilə döyüşdə orduya dəstək verən “Fano” milisləri silahı yerə qoymaq istəmədiyi üçün ordu ilə döyüşür. Amharanın bir çox şəhərində təhlükəsizlik qüvvələrinə hücum edən milislər əyalətin tarixi Qondar şəhərinə girməyə cəhd ediblər.

Efiopiya Müdafiə Nazirliyi Qondara edilən hücumun dəf edildiyini və 50 milisin öldürüldüyünü bildirib.

Bahadur Seyidov