Mali, Burkina Faso və Niger hərbi müqavilə imzalayıb



 18:12 25.09.2023     279

Qərbi Afrikanın hərbi rejimlə idarə olunan üç ölkəsi Mali, Burkina Faso və Niger hərbi müqavilə imzalayıb.

Demedia.az xəbər verir ki, müqaviləyə görə, Mali, Burkina Faso və Niger mümkün silahlı üsyan və ya xarici hücum təhdidlərinə qarşı bir-birlərinə yardım etməyi vəd ediblər. “Sahel Dövlətləri Alyansı” adlı müqaviləyə görə, üç ölkədən hər hansı birinə hücum olarsa, üç ölkə bir-birinə hərbi yardım etməyə borcludur.

Sazişin mətninin müvafiq hissəsində deyilir:

"Razılığa gələn bir və ya bir neçə tərəfin suverenliyinə və ərazi bütövlüyünə hər hansı hücum digər tərəflərə hücum hesab olunur. Bu, təhlükəsizliyin bərpası üçün silahlı qüvvədən istifadə də daxil olmaqla, yardım göstərmək vəzifəsini təşkil edir".

Bahadur Seyidov