Qarnı gedən uşağı "KLİZMA" etmək olarmı? - Video



 09:50 26.09.2023     1014

Uşaqlara gərəkli-gərəksiz "klizma"lar, bağırsağı yumaq adi ilə müdaxilələr qətiyyən doğru deyil.

Xüsusilə də oğlan uşaqlarına. Biz hətta 2-3 yaşından yuxarı oğlan, həmçinin qız uşaqlarına şam qoyulmasını belə məsləhət görmürük. Çünki bu uşaqda psixoloji travmalara səbəb olur. bəzən hətta qurd var adı ilə uşağın guya yoğun bağırsaqlarını yuyub qurddan təmizləyirlər. Adını da qoyurlar hidrokolonoterapiya. Nə qədər məntiqsiz və anlamsızdır. Onsuz da bağırsağa yeridilən məhlul rektum və sigmoiddən o tərəfə gedib çata bilmir. Ona görə imalə etməklə heç vaxt qurdu, paraziti yuyub bitirə bilməszsiniz.

Pediatr Günay Rəsulova mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az   Pediatr Günay Rəsulova "Youtube"  kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. Ətraflı məlumat üçün videonu izləyə bilərsiniz.

Rəna İsmayılova / DEMEDİA.AZ