Hər kəs bu görüntülərdən danışır: İki ölkə arasında... - VİDEO



 23:09 26.09.2023     881

Kiçik, lakin strateji nöqtə birdən-birə yeni alov nöqtəsinə çevrildi və Filippin dünyanın gözü qarşısında Cənubi Çin dənizində rəqibi ilə qarşılaşdı.

Yer üzündəki ən mübahisəli sulardan birində qonşular arasında rəqabət nadir rastlaşmaya çevrildi, CNN International hadisənin baş verdiyi ərazini "ən son alov nöqtəsi" olaraq xarakterizə etdi.

2023-cü ilin fevralında imzalanan saziş supergüclər ABŞ və Çinin qol güləşi ilə məşğul olduğu Cənubi Çin dənizində balansı dəyişib. Filippində dörd yeni bazanın Amerika ordusuna açılması ilə Vaşinqtonun Cənubi Çin dənizi ətrafında müdafiə qalxanı quruldu. Cənubda Avstraliya, şimalda Yaponiya və Cənubi Koreyanın yer aldığı xətt Filippinin iştirakı ilə tamamlandı və ABŞ Çini mühasirəyə almağı bacardı.

Ən həssas məsələsi olan Tayvan səbəbiylə təkcə ABŞ ilə deyil, bütün qonşuları ilə problem yaşayan Çin mübahisəli sularda inşa etdiyi süni adalarda çoxlu hərbi baza və infrastruktur obyektləri yerləşdirib. Bununla belə, Tayvan, Vyetnam, Filippin, Malayziya və Bruney kimi ölkələr də adalar üzərində haqq iddia edir.

Aysun / Demedia.az