İsveçin NATO-ya üzvlüyü üçün tələsməyə ehtiyac yoxdur - Orban



 16:21 26.09.2023     267

“İsveçin NATO-ya üzvlüyün təsdiqlənməsi üçün tələsməyə ehtiyac yoxdur”.

Demedia.az xəbər verir ki,  bunu  Macarıstanın baş naziri Viktor Orban deyib. O bildirib ki, İsveçin təhlükəsizliyinə heç bir təhlükə yoxdur.

Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Szijjarto iyunun 14-də bəyan edib ki, Macarıstan hökuməti İsveçin NATO-ya üzvlüyünü dəstəkləyir, lakin Stokholm hökumətinin ölkəsinə etdiyi “təhqirləri” nəzərə alaraq yekun qərar parlamentə məxsusdur.

Bahadur Seyidov