Bayden prezidentlikdən gedir? -Tramp onu ötdü



 17:22 26.09.2023     267

ABŞ-də keçirilən sorğuda ABŞ prezidenti Co Bayden 2024-cü ildə keçiriləcək prezident seçkilərinin müqayisəsində keçmiş prezident Donald Trampdan 9 bal geri qalıb.

Demedia.az xəbər verir ki, “Washington Post” tərəfindən aparılan sorğu 2024-cü il prezident seçkiləri üçün Bayden və Tramp arasında müqayisə aparılıb. 

Sorğuda iştirakçıların 51 faizi Trampı dəstəkləyib, Bayden isə sələfindən 9 bal geriləyib və 42 faiz dəstək alıb.

İştirakçıların yalnız 37 faizi Baydenin iş performansını bəyənib, 56 faizi isə prezidentə mənfi qiymət verib. Sorğuda iştirak edən yetkinlərin 44 faizi Bayden administrasiyası dövründə maliyyə vəziyyətinin daha da pisləşdiyini bildirib.

Bundan başqa, sorğuda respondentlərin 48 faizi Trampın vəzifədə olduğu müddətdə iş performansına müsbət, 49 faizi isə Baydenlə müqayisədə mənfi qiymət verib.

Qeyd edək ki, nəşrin fevral ayında keçirilən sorğusunda Trampa dəstək yüzdə 48, Baydenə isə 45 faiz olaraq qeydə alınıb.

Bahadur Seyidov