Bu əsər Dubayda 120 milyon dollara satılacaq
Pablo Pikassonun şah əsərlərindən biri olan "Femme à la montre" ABŞ hüdudlarından kənarda sərgilənmək üçün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gətirilib.
Demedia.az xəbər verir ki, bu tablo 25 və 26 sentyabr tarixlərində Dubay Dünya Mərkəzində sərgilənəcək.
Pikassonun 1932-ci ildə çəkilmiş və müasir incəsənətin ən böyük əsərlərindən biri kimi tanınan "Femme à la Montre" tablosu hərracda satışa çıxarılır. Dəyəri isə 120 milyon dollar qiymətləndirilir.
Bahadur Seyidov