Misirdə prezident seçkiləri bu tarixdə keçiriləcək


Misir Milli Seçki Şurası prezident seçkilərinin dekabrın 10-12-də keçiriləcəyini açıqlayıb.
Demedia.az xəbər verir ki, bu barədə Misirin illi Seçki Şurasının sədri Valid Həsən Həmzəməlumat verib. O qeyd edib ki, noyabrın 9-da namizədlərin seçim kampaniyasına start veriləcək.
Seçimlərin dekabrın 1-3-də ölkə xaricində, 10-12-də isə ölkə daxilində keçiriləcəyini bildirib.
Seçkilərin nəticələrinin dekabrın 18-də açıqlanacağını və Rəsmi Qəzetdə dərc ediləcəyini bildirən Həmzə seçimlərin ikinci tura keçəcəyi təqdirdə seçimlərin 2024-cü ilin yanvarın 5-7-də keçirləcəyini bildirib.
Bahadur Seyidov