Ukraynadan Rusiyaya zərbə - Donanmanın komandirini öldürdü
Ukrayna Rusiyanın Qara dəniz donanmasının komandirinin raket hücumu nəticəsində öldüyünü təsdiqləyib.
Demedia.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Ukrayna ordusu ötən cümə günü Krım yarımadasındakı Sevastopoldakı Hərbi Dəniz Qüvvələrinin qərargahına hücum etdiyini bildirilib. Qeyd edilib ki, Rusiyanın Qara Dəniz Donanmasının komandiri Viktor Sokolov öldürülüb.
Ukrayna Xüsusi Təyinatlı Qüvvələri “Telegram” vasitəsilə bildirib ki, raket hücumundan sonra Rusiya Qara Dəniz Donanmasının komandiri də daxil olmaqla 34 zabit həlak olub.
Bahadur Seyidov