Tanzaniyada 5 milyondan çox kuela quşu məhsula zərər vurduqları üçün məhv edilib


Tanzaniyada 5 milyondan çox kuela quşu məhsula zərər vurduqları üçün məhv edilib.
Demedia.az xəbər verir ki, “The Tanzania Times” qəzetinin məlumatına görə, ölkənin Manyara bölgəsində 4 min dekar çəltik sahəsinə basqın edən 5 milyondan çox kuela quşu pilotsuz uçuş aparatları ilə dərmanlanaraq öldürülüb. Çiləmənin təxminən 4 gün çəkdiyi və quşların hər gün təxminən 50 ton məhsula zərər vurmaq gücündə olduğu bildirilib.
Tez-tez düyü və buğda sahələrinə zərər verən kuela quşları Tanzaniyanın şimal bölgələrində yaşayır. Dünyada sürü halında hərəkət edən quşların sayının 1,5 milyarda çatdığı təxmin edilir.
Bahadur Seyidov