Kataloniya müstəqillik istəyir



 17:04 26.09.2023     264

İspaniyada keçirilən növbədənkənar parlament seçkilərdən sonra solçu koalisiya hökumətinin qurulmasında əsas mövqedə olan Kataloniyadakı separatçı siyasi partiyalar, amnistiyadan əlavə Kataloniyanı İspaniyadan ayıracaq müstəqillik referendumunun keçirilməsi şərtini irəli sürüblər.

Demedia.az xəbər verir ki, Pere Araqones, Kataloniya Muxtar Hökumətinin sədri bildirib ki, Feijoo parlamentdən etimad səsi ala bilməyəcək.

Onun sözlərinə görə, Sosialist İşçi Partiyasının lideri və hazırkı baş nazir Pedro Sançesin son koalisiya hökumətini qura bilməsi üçün katalonların dəstəyini alması məcburidir.

Bahadur Seyidov