Şoyqu Moskvada nazirlik rəsmiləri ilə iclas keçirdi



 17:44 26.09.2023     282

Rusiyanın müdafiə naziri Sergey Şoyqu sentyabr ayında Ukrayna ordusuna məxsus 2700-dən çox silah və hərbi texnikanın, o cümlədən ABŞ-ın Kiyevə verdiyi hərbi vasitələrin məhv edildiyini bildirib.

Demedia.az xəbər verir ki, bu barədə Sergey Şoyqu Moskvada nazirlik rəsmiləri ilə görüşdə deyib. Məlumata görə, Ukrayna ordusunun Sevastopol hücumunda öldürüldüyünü iddia etdiyi Rusiya Qara Dəniz Donanması Komandanı Viktor Sokolov da onlayn görüşdə iştirak edib. Görüşdə Şoyqu Ukraynadakı vəziyyəti dəyərləndirib və bəyan edib ki, Rusiya hərbi birləşmələri Ukrayna qüvvələrini məğlub etmək üçün aktiv fəaliyyətlərini davam etdirirlər.

Bahadur Seyidov