Peskov ABŞ-ın Qarabağ barədə açıqlamasını şərh etdi



 16:05 26.09.2023     272

ABŞ-ın Qarabağa missiya göndərmək niyyəti ilə bağlı tələb yoxdur. Lakin istənilən missiya yalnız Azərbaycan tərəfinin razılığı ilə mövcud ola bilər.

Demedia.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov belə açıqlama verib. Peskov ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin “Qarabağda beynəlxalq missiya olmalıdır, bu mövzuda müttəfiqlərimizlə işləyirik" bəyanatını dəyərləndirib.

Peskov Rusiyanın ABŞ-dan fərqli olaraq konkret olaraq Qarabağ prosesində iştirak etdiyini qeyd edərək, “Rusiyanın Qarabağ prosesi ilə qarşılıqlı əlaqəsini və bizim orada iştirakımızı ABŞ-la müqayisə etmək mümkün deyil. Eyni sözləri bizim Qarabağ prosesində şifahi deyil, faktiki iştirakımız haqqında da demək olar, bu, müqayisə olunmazdır” deyə bilidirib.

Bahadur Seyidov