Boğazda infeksiya ürək qüsuruna səbəb olur? - Video



 09:32 27.09.2023     1238

Faringit və tonzillit körpələrdə və uşaqlarda rast gəlinən xəstəliklərdir. Faringit boğazda (udlaqda) qızartı, ağrı və şişkinlikdir.

Uşaq ürək xəstəlikləri böyük ürək xəstəliklərindən tamamilə fərqlənir. Tamamilə fərqli bir qrup xəstəliklərdir. Bunları da öz içində sinifləndirsək, əsasən “anadangəlmə ürək qüsurları” və uşaqların sonra yaşam sürəsində məruz qaldıqları infeksiyalar, dərman preparatları, ətraf mühit amilləri sonuncu “qazanılmış ürək xəstəlikləri” olaraq fərqli qruplara ayrılır. Bunun xaricində bir də uşaq ritm problemləri, “uşaqlarda görülən aritmiyalar” kimi xəstəliklər görülür.

Uşağınızın xəstələnməsinin qarşısını almaq üçün bu addımları ata bilərsiniz: Yaxşı əl gigiyenası qaydalarına riayət edin. Uşağınızı boğaz ağrısı, soyuqdəymə və ya yuxarı tənəffüs yollarının digər infeksiyaları olan hər kəsdən uzaq tutun. Siqaret çəkməyin və uşağınızı ikinci tüstüdən uzaq tutun. Uşağınızın peyvəndləri barədə xəbərdar olun.

Uşaq-Kardioloqu Elnur İmanov mövzu barədə videoda ətraflı məlumat verib.

Demedia.az  Elnur İmanov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az