İdmanla məşğul olanlar izləsin! - Belə qidalanmaq lazımdır! - Video



 10:11 27.09.2023     1722

Qidalanma orqanizminəinki enerji ilə təchiz etməyə kömək edir, həm də orqanizmdəki bütün mühüm funksiyaların fəaliyyətinə yardımcı olur.

Düzgün qidalanma mövcud olmağın zəruri şərtlərindən biridir və bizim fiziki orqanlarımızın fəaliyyətində vacibdir. Ona görə də, həkimlər qida rasionumuzdan meyvə-tərəvəzi əksik etməməyi məsləhət görürlər. İdmanla məşğul olduqda insan orqanizmindən tər ilə birlikdə kalium və natrium duzları xaric olunur.Bu o deməkdir ki, idmanla məşğul olarkən qidalanma məsələsinə xüsusi diqqət etmək lazımdır. Bəs burada nələrə diqqət etməliyik? İdmanla məşğul olan zaman qidalanma necə olmalıdır?

Endokrinoloq Ayşən Xəlilova mövzu barədə videoda ətraflı məlumat verib.

Demedia.az Endokrinoloq Ayşən Xəlilova "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az