"Kurtlar Vadisi"nin aktyoru illər sonra ilk dəfə görüntüləndi



 19:01 27.09.2023     756

Uzun müddət "Kurtlar Vadisi" serialında Cahit Kayaoğlu adını daşıyan obrazla rol alan aktyor uzun müddətdən sonra ilk dəfə görüntülənib.

Demedia.az xəbər verir ki, ağ geyimli 48 yaşlı aktyor son görünüşü ilə diqqət çəkib.

Alış-veriş mərkəzində dostları ilə nahar edən Karaoğlu məkandan ayrıldıqdan sonra qarşısına çıxan mətbuat nümayəndələrini görüncə təəccübünü gizlədə bilməyib. Jurnalistlərlə söhbət edən aktyor hər şeyin yaxşı getdiyini bildirib.

İş görüşünə gələn Cahit Kayaoğlu tez-tez gündəmə gələn “Kurtlar Vadisi ekrana dönür” xəbərlərindən danışıb və “Kadroda olacaqsan” sualını cavablandırıb.

Məşhur aktyor "Hələ qəti bir vəziyyət yoxdur, mənə heç nə gəlməyib. İnsanlar layihəni istəyir və sevirlər. Təbii ki, mən də istəyirəm, görək alınacaqmı" deyib.

Aysun / Demedia.az