Arda Gülərin zədəsi Ançelottini narahat etdi - Həkim qrupunun qərarı...



 19:29 27.09.2023     526

Arda Gülərin Real Madriddəki uğursuzluğu davam edir.

Demedia.az xəbər verir ki, "Fənərbaxça"dan bənövşəyi-ağlara transfer olunan gənc ulduz ABŞ düşərgəsində zədələnərək İspaniyaya qayıdıb, daha sonra əməliyyat olunub. Reabilitasiya prosesindən sağ çıxan Arda Gülər ​​bu yaxınlarda məşqlərə başlayıb və dünən komanda ilə məşqini davam etdirib.

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Arda Gülərin "Las Palmas"la matçda böyük heyətdə ola biləcəyini bildirib. Ançelottinin açıqlamalarından bir neçə dəqiqə sonra Real Madrid, Arda Gülərin bud nahiyəsindən zədə aldığını açıqlayıb.

İspan mətbuatında yer alan xəbərə görə, Arda Gülərin ən az 1 ay meydandan uzaq qalacağı iddia edilib. Gənc ulduzun “Real Madrid”də ardıcıl iki dəfə zədə alması Karlo Ançelottini də narahat edib.

Aysun / Demedia.az