İştahı kəsən, toksinləri məhv edən RESEPT



 22:05 27.09.2023     1282

Tərkibindəki vitamin və mineralların bolluğu sayəsində möcüzələr yaradan ispanaq suyu həm də arıqlamaq üçün çox təsirli bir tərəvəzdir. Görün bu şəfalı su hansı effektləri yaradır.

Qida dəyəri çox yüksək olan ispanaq qış aylarının əvəzolunmaz tərəvəzlərindəndir. İspanağın müntəzəm istifadəsi sağlamlığa bir çox müsbət faydalar gətirir. Tərkibindəki maddələr sayəsində hər cür problemə şəfa verən şəfalı ispanaq suyu həm ləzzətli dadı, həm də faydaları ilə yadda qalıb.

Tərkibindəki C, E və A vitaminləri ağciyər sağlamlığının qorunmasında təsirlidir. Tənəffüs sistemi ilə əlaqəli xəstəlikləri, xüsusən də astma xəstəliyini aradan qaldırmaq üçün ispanaqdan mütləq istifadə edin.

İspanaq tərkibindəki vitamin dəyərləri sayəsində göz sağlamlığını qoruyan təsirli bir qidadır. Katarakt və gecə korluğu kimi göz xəstəliklərinin riskini azaldır. İspanağın müntəzəm istehlakı göz sağlamlığını yaxşılaşdırır və bir çox problemlərin aradan qaldırılmasına kömək edir.

Xüsusilə hipertoniya xəstələrinin təzyiqi üçün dərman kimi fəaliyyət göstərən ispanaq, tərkibindəki kalium ilə təzyiq salıcı təsirə malikdir. Həm də yüksək təzyiqin yaratdığı ürək xəstəliklərindən qoruyur.

Havalar soyumağa başlayanda süfrələrdə yerini alan ispanaq bir çox fərqli reseptlə istehlak edilən tərəvəzdir. Beləliklə, bu sağlam tərəvəz arıqlama prosesinə müsbət təsir göstərirmi? İspanaq suyu arıqlamağa kömək edirmi?

İspanaq suyu bağırsaqlardakı problemləri aradan qaldırmaqda çox təsirlidir. Bağırsaqlarınızın nizamlı işləməsini istəyirsinizsə, mütəmadi olaraq ispanaq suyundan istifadə edə bilərsiniz.

İspanaq suyu bağırsaqlara təsiri sayəsində arıqlama prosesini dəstəkləyir və tərkibindəki minerallar qələvi olduğu üçün insan sağlamlığına təsiri çox daha faydalı olacaq.

İspanaq şirəsi sizi uzun müddət tox saxlayacaq təsirə malikdir. Buna görə də, ispanaq suyunu pəhriz planınıza daxil edə bilərsiniz. İspanaq suyu istehlak edərək qəbizlik, şişkinlik və ödem kimi problemləri asanlıqla aradan qaldıra bilərsiniz.

Aysun / Demedia.az