Kreml Ukraynanı ABŞ-dən alınan tankları “yandırmaqla” hədələdi



 23:30 27.09.2023     305

Kreml Ukraynaya tədarük edilən ABŞ istehsalı olan “Abrams” tanklarının Rusiya və Ukrayna orduları arasında “güclər balansını dəyişməyəcəyini” bəyan edib.

Demedia.az xəbər verir ki,  Kremlin sözçüsü Dmitri Peskov  Rusiya prezidenti Vladimir Putinin yanvar ayında Ukraynaya ilk “Leopard “tanklarının çatdırılması zamanı etdiyi xəbərdarlığı təkrarlayıb.

 Peskov deyib ki,  “Ukraynaya “Abrams” tankları və ATACMS raketlərinin tədarükü xüsusi hərbi əməliyyatın nəticələrinə heç bir şəkildə təsir edə bilməz. Döyüş meydanında qüvvələr balansını dəyişə biləcək tək silah yoxdur: “O tanklar da yanacaq”.

 Peskov onu da əlavə edib ki, Rusiya hərbçiləri daim yeni silah növlərinə uyğunlaşma yollarını öyrənirlər.

Bahadur Seyidov