NASA astronavtı və rus kosmonavtları Yerə qayıdıblar



 20:24 27.09.2023     305

NASA astronavtı Frank Rubio və rus kosmonavtları Yerə qayıdıblar.

Demedia.az xəbər verir ki, NASA astronavtı Frank Rubio və rusiyalı kosmonavtlar Sergey Prokopyev və Dmitri Petelin Beynəlxalq Kosmik Stansiya tarixindəki ən uzun missiyanı başa vurublar.Astronavt və kosmonavtları daşıyan "Soyuz MS-23" kosmik gəmisi Qazaxıstanın Jezkazqan şəhərinin cənubundakı kənd ərazisinə paraşütlə eniş edib. Ekipaj bölgədə gözləyən qruplar tərəfindən kapsuldan çıxarılıb.

Astronavt Rubio 371 günlə kosmosda ən uzun müddət qalan Amerikalı astronavt kimi tarixə düşüb.

Bahadur Seyidov