Kenyada məktəb uşaqların fotolarını icazəsiz paylaşdığına görə cərimələndi



 22:45 27.09.2023     309

Keniyada şagirdlərin şəkillərini valideynlərinin icazəsi olmadan internetdə paylaşdığına görə məktəb təxminən 31 min dollar cərimə olunub.

Demedia.az xəbər verir ki, Məlumatların Mühafizəsi İdarəsi digər insanların məlumatlarını icazəsiz paylaşdıqlarına görə restoranları, alış-veriş saytlarını və təhsil müəssisələrini cərimələyib.Açıqlamada, Uthiru rayonundakı məktəbin valideynlərin icazəsi olmadan azyaşlı uşaqların fotoşəkillərini paylaşdığı üçün təxminən 31 min dollar cərimə edildiyi bildirilib.

Açıqlamada bu cəzanın oxşar səbəbə görə təhsil müəssisəsinə tətbiq edilən ən böyük cəza olduğu bildirilib və bunun bütün təhsil müəssisə və təşkilatlarına mesaj olduğu vurğulanıb.

Bahadur Seyidov