Hələlik sülh ola bilməz - Stoltenberq



 12:26 27.09.2023     275

NATO-nun baş katibi Yens Stoltenberq ABŞ istehsalı olan M1 Abrams tanklarının Ukraynaya gəlişindən məmnunluğunu ifadə edib.

Demedia.az xəbər verir ki, Stoltenberq və Latviyanın yeni baş naziri Evika Siliņa NATO-nun mənzil-qərargahında baş tutan görüşdən sonra mətbuata açıqlama verib. İclasda Ukraynadakı son vəziyyəti müzakirə etdiklərini bildirən Stoltenberq bəyan edib ki, Ukraynanın əks-hücumları davamlı irəliləyişlə davam edir.

Onun sözlərinə görə, bəzi bölgələrdə Ukrayna qüvvələri Rusiyanın müdafiəsini aşsa da, Moskva məqsədindən əl çəkmir. Ona görə də sülh üçün hələlik zəmin yoxdur

Bahadur Seyidov