Bolqarıstan parlamenti S-300 raketlərinin Ukraynaya verilməsinə razılıq verdi



 22:18 27.09.2023     292

Bolqarıstan parlamenti Rusiya istehsalı olan köhnə S-300 raketlərinin Ukraynaya çatdırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.

Demedia.az xəbər verir ki, yerli mənbələr Rusiya istehsalı olan köhnə S-300 raketlərinin bəzi nöqsanlarının olduğunu bildirir. İqtidar koalisiyası və koalisiyaya qatılmayan əksəriyyəti türklər və müsəlmanlardan ibarət Hüquq və Azadlıqlar Hərəkatı partiyası qanun layihəsini dəstəkləyib.

Rusiyapərəst və keçmiş Kommunist Partiyasının xətti ilə siyasət aparan müxalif Bolqarıstan Sosialist Partiyası  qanun layihəsinə etiraz edib və səsvermədən əvvəl sessiyanı tərk edib. Rusiyanın Ukraynaya qarşı müharibəsində Moskvanı dəstəkləyən populist Dirçəliş Partiyası da bu qərara qarşı çıxıb.

Bahadur Seyidov