Məşhur aktyor Nesrin Cavadzade ilə sevgilidir?



 19:29 28.09.2023     1002

Nesrin Cavadzadə Uraz Kaygılaroğlunun doğum gününü qeyd etdiyi video ilə sevgi iddialarını gündəmə gətirib.

Demedia.az xəbər verir ki, Cavadzadə ilə eşq yaşadığı və keçmiş həyat yoldaşı Melis İşiten ilə barışacağı ilə bağlı davamlı söz-söhbətlər gəzən Kaygılaroğlu iddialara son qoyub.

Nesrin Cavadzadə "Üç Kuruş"da rol aldığı Uraz Kaygılaroğlunun doğum gününü birlikdə çəkdirdiyi video ilə qeyd edib. Cütlüyün səmimi münasibəti diqqət çəkib.

O, Uraz Kaygılaroğlu ilə öpüşərkən çəkilmiş foto və videolarını paylaşaraq bu qeydi yazıb:

"Mən səni çox sevirəm! Sənə sahib olduğum üçün şadam, şadam ki, mənim dostumsan, hər zaman məni güldürdüyün üçün və lazım olanda həmişə yanımda olduğun üçün çox sağ ol".

Nesrin Cavadzadə ilə eşq yaşadığı və keçmiş həyat yoldaşı Melis İşiten ilə barışacağı ilə bağlı xəbərlərlə daim gündəmdə olan Kaygılaroğlu iddialara cavab verib: 

"Nesrin mənim çox yaxşı dostumdur. Melis də. Melislə bir uşağımız var və daim əlaqə saxlayırıq. Ailəmizlə də vaxt keçirməkdən zövq alırıq".

Aysun / Demedia.az