Su borusundan çıxdı, ilan bildilər, 15 metr uzunluğunda... - ŞOK HADİSƏ



 23:48 28.09.2023     1386

Hakkarinin Yüksekova rayonunda təmir etdikləri borunun içindən nə çıxdığını görən vətəndaşlar şoka düşüb.

Demedia.az xəbər verir ki, Yüksekova mahalının Esendere qəsəbəsində axan suyun miqdarı günü-gündən azalmağa başlayınca vətəndaşlar vəziyyəti Esendere Bələdiyyəsinə bildirib.

Qruplar su borularını mərhələli şəkildə yoxlayıb, nasazlığın mənbəyini müəyyənləşdirib və işə başlayıblar.

Aparılan işlər nəticəsində su kəmərinin içərisindən təxminən 15 metr uzunluğunda ağac kökü aşkar edilib. Ağacın kökünü ilana bənzədən işçilər böyük qorxu yaşayıblar. Sonradan bunun ağac kökü olduğu məlum olanda fəhlələr dərindən nəfəs alıb su borusunu təmizləyərək yenidən istifadəyə veriblər.

Aysun / Demedia.az