Pakistan Rusiyadan 100 min tonluq mayeləşdirilmiş neft qazı aldı



 18:14 28.09.2023     300

Pakistan Rusiyadan ilk 100 min ton mayeləşdirilmiş neft qazını (LPG) alıb.

Demedia.az xəbər verir ki, Rusiyanın İslamabaddakı səfirliyindən verilən açıqlamaya görə, 100 min tonluq ilk LPG yükünün İran üzərindən Pakistana  idxal edilib.

Açıqlamada qeyd olunub ki, növbəti göndəriş üçün danışıqlar davam edir.

Qeyd edək ki, Pakistan enerji mənbələrini şaxələndirməyə çalışır. Pakistan xam neftin 70 faizini idxal edir. Xaricdən gətirilən xam neft ölkənin tələbatına uyğun olaraq emal olunur və faydalı məhsullara çevrilir. İslamabad xam nefti əsasən Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Küveytdən idxal edir. Neft qiymətlərinin qlobal artımından sonra Pakistan xam neft idxal mənbələrini diversifikasiya etmək təşəbbüslərinə başladı.

Bahadur Seyidov