Məkkə yenə güclü yağışlara “əsir” düşdü
Səudiyyə Ərəbistanının Məkkə şəhərində güclü yağış hərəkətə maneə törədib.
Demedia.az xəbər verir ki, şiddətli yağışa baxmayaraq Kəbədəki müsəlmanlar namaza davam ediblər.
Dünyanın ən hündür binalarından biri olan 601 metr hündürlüyündəki Kral Saat Qülləsinə ildırım düşüb. Həmin anlar insanlar tərəfindən gecənin gündüzə çevrildiyi anlar kameralara düşüb.
Səudiyyə Ərəbistanının Mülki Müdafiə Baş İdarəsi Səudiyyə xalqını və turistləri leysan yağışlar və daşqınlara qarşı xəbərdar edib və elektrik cərəyanı keçirən metal əşyalarla təmasdan çəkinməyə çağırıb.
Bahadur Seyidov