Ata qızını döyən kürəkəni öldürdü
Türkiyənin Konya şəhərində ata qızını döyən kürəkənini öldürüb.
Demedia.az xəbər verir ki, hadisəyə səbəb 27 yaşlı Səlahəddin Güngörün həyat yoldaşını tez-tez döyməsi olub. 40 yaşlı qayınata Veysəl Alkılınc ifadə verərək bildirib ki, o, əvvəlcə Güngörə xəbərdarlıq edib.
Lakin kürəkən Alkılıncın xəbərdarlıqlarına məhəl qoymayıb. Sonuncu mübahisə zamanı qaynata kürəkənini çubuqla döyərək ona ağır yaralayıb. Bununla da Səlahəddin Güngörün həyatını xilas etmək mümkün olmayıb.
Bahadur Seyidov