100 nəfərlik qrup “Apple” mağazasına hücum etdi



 19:43 28.09.2023     293

ABŞ-nin  Pensilvaniya ştatının Filadelfiya şəhərində mağazalar qarət edilib.

Demedia.az xəbər verir ki, velosipedli və maskalı ən azı 100 nəfərlik bir qrup “Apple”, “Lululemon” və “Foot Locker” kimi brend mağazalara basqın edib.

Mağazalardan məhsulları götürərək qaçmağa çalışan qrupla  polis arasında qarşıdurma yaşanıb.

İlkin məlumata görə, hadisə yerində ən azı 20 nəfərin tutulub.

Bahadur Seyidov