Ağ Evdə "Komandir"lə bağlı həyəcan siqnalı verildi



 19:42 28.09.2023     293

ABŞ prezidenti Co Baydenin "Komandir" adlı alman çoban iti   daha bir əməkdaşı dişləyib.

Demedia.az xəbər verir ki,  2021-ci ildə Ağ Evə gələn alman çoban itinin 2022-ci ilin oktyabrından 2023-cü ilin yanvarına qədər Ağ Evdə ən azı 10 nəfərə hücum etdiyi bildirilib.

 Sonuncu dişləmə hadisəsinin bazar ertəsi baş verdiyi və hadisə yerinə tibbi yardım göstərildiyi bildirilib.

Son aylarda Ağ Evin sözçüsü  bildirib ki,  itin belə davranmasına səbəb  kimi Ağ Evdə yaşamağın stresi ilə bağlı ola biləcəyini söyləyib.

 Həmçinin  qeyd edilib ki, Bayden ailəsi vəziyyəti hər kəs üçün yaxşılaşdırmaq üçün  yeni yollar axtarır. 

Qeyd edək ki, 2 yaşlı alman çoban iti "Komandir" Baydenə qardaşı Ceyms Bayden tərəfindən 2021-ci ilin dekabrında hədiyyə edilib.

Bahadur Seyidov