Avstraliya ordusu peşəkarlığını artırır



 21:05 28.09.2023     292

Avstraliya Müdafiə Nazirliyi “mütəxəssis döyüş briqadaları” yaradılaraq hərbi hissə və texnikanın ölkənin şimalına köçürüləcəyi və orduda peşəkarlığın artırılacağını qeyd edib.

Demedia.az xəbər verir ki, qoşunların yerləşdiyi yerlərlə yanaşı, texnikada da mühüm dəyişikliklərin ediləcəyi bildirilib. Açıqlamada ordunun döyüş qabiliyyətinin və hazırlığının artırılması üçün geniş miqyaslı yenidənqurma qərarının verildiyi bildirilib. Müdafiə naziri Riçard Marles bildirib ki, dəyişikliklər Hind-Sakit okean regionunda sülh, təhlükəsizlik və rifahın qorunması üçün hazırlanmış Müdafiə Strateji İcmalının tövsiyələrinə cavabdır.

Bahadur Seyidov