İsveçrədə buzlaqlar əriyir



 21:09 28.09.2023     338

Son illərin ən isti yaylarından birini yaşayan İsveçrədə buzlaqların həcminin son 2 ildə 10 faiz azaldığı müəyyən edilib.

Demedia.az xəbər verir ki, bu barədə İsveçrə Elmlər Akademiyasının Kriosfer Komissiyası bildirib. Açıqlamaya görə, İsveçrə Alp dağlarında buzlaqların əriməsi normadan yüksək temperatur və əvvəlkindən daha az qar yağması səbəbindən artıb.

Açıqlamada, Avropanın ən çox buzlağa malik olduğu İsveçrədə 2022 və 2023-cü illərdə buzlaqların həcminin azaldığı bildirilib.

Bahadur Seyidov