İndoneziyada sosial media platformalarında satış qadağan edildi



 21:15 28.09.2023     293

İndoneziyanın ticarət naziri Zülkifli Hasan sosial media platformalarında satışın qadağan edildiyini açıqlayıb.

Demedia.az xəbər verir ki, o, paytaxt Cakartada keçirdiyi mətbuat konfransında sosial media platformalarında satışı qadağan etdiklərini bəyan edib. Hökumətin üzbəüz satış edən müəssisələri qorumağı hədəflədiyini qeyd edən Hasan, bu qərarla ədalətli və dürüst rəqabəti təmin etməyə çalışdıqlarını vurğulayıb.

Qeyd olunur ki, sosial media platformalarında satış qadağası ən çox tiktoka təsir edəcək.

Bahadur Seyidov