Sələmə pul verənlər DİQQƏTLİ OLUN! - Video



 10:30 29.09.2023     2243

Sələm dedikdə gəlir əldə etmək məqsədi ilə pulun bir şəxs tərəfindən başqasına qazanc əldə etmək məqsədilə borc müqabilində faizlə verilməsi başa düşülür. 

anunvericiliklə vətəndaşlar faizə pul vermək və bu barədə müqavilə bağlamaq səlahiyyəti yoxdur. Verilən pula görə borc alandan faiz tələb etmək qanunvericiliklə məsuliyyət yaradır. Bu cür fəaliyyət yalnız xüsusi lisenziya əsasında həyata keçirilə bilər. Azərbaycan Respublikası qanunvericiliyi ilə faziə pul vermək xüsusi lisenziya alınmaqla banklar, bank olmayan kredit təşkilatları və lombardlar tərəfindən həyata keçirilə bilən fəaliyyət hesab edilir. Xüsusi lisenziyası olmayan şəxslərin bu cür fəaliyyətlə məşğul olması qanunvericiliklə məsuliyyət yaradır.

Tanınmış vəkil Vamiq Şükürov öz  "Youtube" kanalında bu mövzu haqda ətraflı məlumat verib. 

Demedia.az   həmin videonu sizə təqdim edir. 

Rəna İsmayılova / Demedia.az