Bu 7 şeyi edin süd vəzi xərçəngi riskini azaldın! - Video



 10:11 29.09.2023     594

Süd vəzi xərçəngi ən çox rast gəlinən xərçəng növlərindən biridir.

Süd vəzi xərçəngi rast gəlinən qadınların çoxu 50 yaşdan yuxarıdır, lakin daha gənc qadınlarda da süd vəzi xərçənginə rast gəlinə bilər. Erkən mərhələdə aşkarlandıqda müalicə ilə sağalma şansı yüksəkdir. Bu səbəbdən qadınların mütəmadi olaraq süd vəzilərini yoxlamaları və hər hansı dəyişiklik olduqda mütləq müayinələrdən keçməlidirlər. Süd vəzi xərçənginin bir neçə simptomu vardır lakin ilk diqqəti çəkən simptom adətən düyün və ya süd vəzi toxumasında olan qalınlaşmış sahənin olmasıdır.  Süd vəzi düyünlərinin çoxu xərçəng deyil. Lakin rast gəlindikdə mütləq həkim tərəfindən yoxlanılmalıdır. 

Süd vəzi xərçənginin səbəbləri : Ailə keçmişində süd vəzi xərçənginin olması. Spirtli içki içilməsi. Həddindən artır çəkili olmaq. Radiasiyaya məruz qalmaq.

Ankoloq-Mammoloq İndira Səfərova mövzu haqqında videoda ətraflı məlumat verib.

Demedia.az  Ankoloq-Mammoloq İndira Səfərova "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az