71 gündən sonra təslim oldu və niyə qaçdığını açıqladı



 19:00 29.09.2023     729

Türkiyədə Kadıköydə velosipedçi Doğanay Güzelgünü vuraraq öldürən sürücü Temel Ünlünün ifadəsi məlum olub.

Demedia.az xəbər verir ki, 71 gündən sonra təslim olan Ünlü qaçmasının səbəbini də açıqlayıb.

İyulun 18-i çərşənbə axşamı saat 05.30 radələrində Bostancı sahil yolunda baş verən qəzada velosiped sürən 51 yaşlı Doğanay Güzelgün avtomobilin vurması nəticəsində həyatını itirib. 

Doğanay Güzelgünün ölümünə səbəb olan Temel Ünlü qəzadan 71 gün sonra Anadolu Ədliyyəsinə gedərək təslim olub. 17 cinayət qeydinin olduğu öyrənilən Ünlü ifadəsinin ardından prokurorluğa sövq edilib, Sülh Cəza Məhkəməsi tərəfindən 'ehtiyatsızlıqdan ölümə səbəb olmaq' ittihamı ilə həbs edilərək Maltepe Həbsxanasına göndərilib.

Temel Ünlünün prokurorluğa verdiyi ifadəsində deyib:  "Əvvəla hadisədən peşmanam, öz istəyimlə vəkilimlə gəldim. 17 iyul 2023-cü il tarixində saat 15.00-16.00 radələrində sevgilim Ceren K. ilə görüşdüm. Həmin gün gecə saat 12.00 radələrində Maltepe Gülsuyu ünvanında Mehmet adlı dostumla görüşdüm. Evə getdik. Bu evdə bir-iki stəkan viski içdim. Hadisədən əvvəl narkotik və stimullaşdırıcı istifadə etməmişdim. 

Hadisə zamanı spirtli içkinin təsiri altında olmadım. 3 aya yaxın gizləndim. Həbsxanaya düşmək istəmirdim. Polisdən də qorxdum. Ona görə təslim olmadım".

Aysun / Demedia.az