500 milyonluq sərvətini bağışlayır: "Uşaqlarımın ehtiyacı yoxdur"



 20:28 29.09.2023     1360

Əfsanəvi "Rolling Stones" musiqi qrupunun üzvü Mik Caqqer mirasını xeyriyyəçiliyə bağışlamağı düşündüyünü açıqlayıb.

Demedia.az xəbər verir ki, britaniyalı musiqiçinin Melani Hamriklə münasibətindən oğlundan başqa daha yeddi övladı var. Səkkiz uşaq atasının ilk övladı amerikalı müğənni Marşa Hantla münasibətindən 1970-ci ildə dünyaya gələn Karis Hant Caqqerdir.

Məşhur musiqiçi 1971-1977-ci illərdə Bianca Perez-Mora Macias ilə evli olub və bu birlikdən onun qızı Jade Sheena Jezebel Jagger dünyaya gəlib.

Mik Caqqerin yeddinci övladı Lukas Mauris Morad Caqqer Cerri Hallda olarkən başqa bir model Luciana Gimenez ilə qeyri-qanuni münasibətdən dünyaya gəlib. Onun aldadıldığını öyrəndikdən sonra Cerri Hall və Caqqer 1999-cu ildə ayrılıblar.

Mick Jagger bu yaxınlarda mirasını xeyriyyəçiliyə bağışlamağı düşündüyü barədə açıqlaması ilə gündəm olmuşdu. 80 yaşlı ser Mik Caqqer bu qərarına səbəb kimi övladlarının pula ehtiyacı olmadığını göstərib: "The Wall Street Journal" qəzetinə danışan müğənni "Buyurun. Uşaqların yaxşı yaşaması üçün 500 milyon dollara ehtiyac yoxdur".

Aysun / Demedia.az