İzlənmə rekordları qıran video... - Vaşaq ailəsi



 22:36 29.09.2023     557

Təbiəti Mühafizə və Milli Parklar Baş İdarəsinin (DKMP) yerləşdirdiyi tələdə vaşaq və balalarının təsviri əks olunub.

Demedia.az xəbər verir ki, DKMP tərəfindən vəhşi təbiəti izləmək üçün ölkənin müxtəlif yerlərində yerləşdirilən kamera tələlərində müxtəlif növ heyvanların görüntüləri əks olunub.

DKMP-nin sosial media hesabından paylaşılan son görüntüdə təbiət qoynunda gəzən vaşaq ailəsi əks olunub. DKMP-nin sosial media hesabında edilən paylaşımda qeyd olunub:

"Meşənin ruhu olan vaşaq öz balaları ilə qorunan ərazilərimizdə sərbəst gəzir.

Təbiətdəki hər canlı böyük bir şəklin rəngli fırça vuruşları kimi bu dünyanın gözəlliklərini paylaşır. Bu gözəl vaşaq ailəsi ölkəmizin nadir milli parkında dinc yaşamağa davam edir. Milli Parklar canlı təbiətimizin qorunması üçün mübarizəni davam etdirir".

Aysun / Demedia.az