İnanılmaz meydan oxuma... - ANBAAN VİDEO



 21:34 29.09.2023     592

Gümüşhanedə balalarını qorumaq istəyən ana vaşaqla kanqal itinin üz-üzə gəldiyi anlar kameralara tuş gəlib.

Demedia.az xəbər verir ki, Gümüşhanedə yaşayan təbiət fotoqrafı Muhammet Tutar şəhər mərkəzinə bağlı Akqedik kəndinin dağlıq ərazisində gəzintiyə çıxarkən nadir anın şahidi olub.

Dağın yamacında yuvasında balaları ilə gördüyü ana vaşağı lentə almaq üçün kamerasını hazırlayan Tutar əraziyə yaxınlaşan kanqal itini görüb.

Səs yazısına başlayan Tutar iti görən vaşağın meydan oxumasını saniyə-saniyə lentə alıb və balalarını qorumaq üçün yuvasının yerləşdiyi dağ yamacının kənarına gəlib.

Vaşağı görən kanqal iti ərazidən qaçıb, ana vaşaq isə balaları ilə birlikdə öz yuvasında itib.

Aysun / Demedia.az