Məşhur şoumen altıncı dəfə evlənir
Məşhur şoumen Mehmet Ali Erbil 66 yaşında altıncı dəfə evlənməyə hazırlaşır.
Demedia.az xəbər Türkiyə KİV-nə istinadən xəbər verir ki, özündən 40 yaş kiçik sevgilisi Gülseren Ceylana ad günündə evlilik təklifi edib. Ceylan həmin anları sosial media hesabında paylaşıb.
Qeyd edək ki, Erbil sonuncu dəfə Tuğba Coşqunla evlənib. 2011-ci ildə boşanan cütlüyün Əli Sədi Erbil adlı oğlu var.
Bahadur Seyidov