Hakerlər ABŞ Dövlət Departamentindən 60 min elektron məktub oğurladılar



 17:25 29.09.2023     289

Bu yayın əvvəlində baş verən böyük kiberhücum nəticəsində ABŞ Dövlət Departamentindən on minlərlə mesajın oğurlandığı açıqlanıb.

Demedia.az xəbər verir ki,  hücum  zamanı Vaşinqtonun Çindəki baş diplomatı, səfir Nikolas Bernsi hədəf alınıb.

İyun ayında haker hücumunda Xarici İşlər Nazirliyi və digər dövlət qurumları da daxil olmaqla ümumilikdə 25 təşkilatın sənədləri "oğurlanıb”.  Məlumata görə, təxminən 600 min sənəd Dövlət Departamentinə aiddir.

ABŞ Dövlət Departamenti hələlik bu barədə  rəsmi  açıqlama verməsə  də,  ictimai bəyanatlarda Çinin məsuliyyət daşıdığına diqqət çəkilib.

Bahadur Seyidov