Vuçiç Blinkenlə telefon danışığı həyata keçirib



 15:42 29.09.2023     301

Serbiya Prezidenti Aleksandr Vuçiç ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı aparıb.

Demedia.az xəbər verir ki, telefon danışığından sonra mətbuata açıqlama verən Vuçiç bildirib ki, tərəflər Kosovonun şimalında baş verənləri müzakirə ediblər. Blinkenlə Kosovonun şimalında gərginliyin azaldılması mövzusunda razılaşdıqlarını ifadə edən Vuçiç, ölkəsinin NATO-nun Kosovo Sülh Qüvvələrinin bölgədə mövcudluğunu dəstəkləməyə davam edəcəyini bildirib.

Vuçiç, "Blinken lazımi şəkildə davranmadığı təqdirdə Serbiyaya qarşı mümkün sanksiyalardan danışdı. Ona ABŞ-ın böyük və qüdrətli bir ölkə olduğunu söylədim. Buna qarşı olduğumu bildirdim" deyə bildirib.

Bahadur Seyidov