ABŞ-dan Serbiyaya çağırış



 16:04 29.09.2023     290

Ağ Ev Serbiyanın Kosovo sərhədində hərbi güc yığdığını bəyan edib və Belqrad administrasiyasını qüvvələrini geri çəkməyə çağırıb.

Demedia.az xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Koordinatoru Con Kirbi bildirib ki, ABŞ Serbiyanı qüvvələri sərhəddən çıxarmağa və gərginliyin azaldılmasına töhfə verməyə çağırır.

Kirbi ABŞ-ın Serbiya və Kosovo, o cümlədən NATO və onun Avropalı müttəfiqləri ilə sıx əlaqədə olduğunu bildirib.

Bahadur Seyidov