Rusiya “Vaqner” muzdlu dəstəsinin keçmiş komandiriylə görüşüb



 23:14 29.09.2023     321

Rusiya Prezidenti Vladimir Putin “Vaqner” muzdlu dəstəsinin keçmiş komandiri Andrey Troşevlə görüşüb.

Demedia.az xəbər verir ki, Putin Troşevə Ukraynadakı könüllü birləşmələri yoxlamağı tapşırıb. Rusiya müdafiə nazirinin müavini Yunus-Bek Yevkurovun da iştirak etdiyi iclasda Ukrayna müharibəsində könüllü döyüş birləşmələrindən necə istifadə edildiyi müzakirə olunub. Putin Troşevə Ukraynadakı könüllü döyüş bölmələrinə nəzarət etməyi tapşırıb.

Putinin görüş zamanı Troşevə "Nə baş verdiyini, necə edildiyini bilirsiniz, mübarizənin ən yaxşı və ən uğurlu şəkildə irəliləməsi üçün həll edilməli olan problemləri əvvəlcədən bilirsiniz" deyə bildirib.

Bahadur Seyidov