Nyu-York ştatında fövqəladə vəziyyət elan edilib



 21:16 29.09.2023     274

Nyu-York ştatında yağışların intensivliyi artdığı üçün daha geniş tədbirlər həyata keçirmək üçün fövqəladə vəziyyət elan edilib.

Demedia.az xəbər verir ki, sel səbəbilə bir sıra xidmətlər sıradan çıxıb.Bruklin bölgəsindəki daşqınlar səbəbindən 4 metro xəttində xidmətlər dayandırılıb.

Nyu York şəhərinin fövqəladə hallar üzrə komissarı Zak İskol bildirib ki, sakinlər sel təhlükəsi olan ərazilərdən çıxmalıdır.

Bahadur Seyidov