Borularda irin, su yığılması - Müalicəsi necə aparılır? - Video



 10:35 02.10.2023     792

Qadın cinsiyyət üzvlərinin iltihabi xəstəlikləri ginekoloji xəstəliklər arasında birinci yeri tutub, müxtəlif infeksiyalar tərəfindən törədilir. 

Bu infeksiyalara bakteriyalar,göbələklər,viruslar, parazitlər aiddir. Bu iltihabi xəstəliklərin hansı törədici tərəfindən əmələ gəlməsini bilmək, sonradan onların müalicə edilməsində mühüm rol oynayır. Törədicilər tək başına və ya müştərək şəkildə xəstəliyi əmələ gətirə bilər.Bakterial xəstəliklərin törədicilərinə qonoreya,xlamidiya,mikoplazma,ureplazma,qardnerella və s. aiddir ki,bu zaman xəstələr yaşıl-qəhvəyi rəngli köpüklü,pis iyli ifrazatdan,cinsi əlaqə zamanı ağrıdan, sidik ifrazı göynəmədən şikayət edirlər.

Ginekoloq Şəhla Hüseynova mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az   Ginekoloq Şəhla Hüseynova "Youtube"  kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. Ətraflı məlumat üçün videonu izləyə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az