Hamiləlik zamanı ürək qüsuru aşkar olunarsa, ABORT ETMƏK LAZIMDIR? - Video
Hamiləlik həm qadın orqanizmi, həm də inkişaf edən uşaq orqanizmi üçün ciddi stress faktorudur. Hamiləliyin fərqli dövrlərində ürək qüsurları formalaşa bilər.
Artıq hamiləliyin 16-cı həftəsindən etibarən fetal exokardioqrafiya metodunun köməkliyi ilə döldə ürək qüsurlarının diaqnostikası aparıla bilər. Hamilə qadınlardan mütəmadi olaraq istifadə etdiyi dərmanın olub-olmadığı soruşulmalıdır. Əgər hamilənin ürək, böyrək xəstəliyi kimi problemi varsa mütləq şəkildə həkim nəzarəti altında olmalıdır ki, hamiləliyi fəsadsız başa çatdıra bilsin.
Uşaq-Kardioloqu Elnur İmanov mövzu barədə videoda ətraflı məlumat verib.
Demedia.az Elnur İmanov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.
Rəna İsmayılova / Demedia.az