Haşimoto xəstəliyi Nədir? Əlamətləri bunlardır! - Video



 10:58 02.10.2023     1057

Haşimoto xəstəliyi autoimmun adlanan xəstəliklər qrupuna aiddir. Bu xəstəlik ilk dəfə Yapon alimi Akira Hashimoto tərəfindən təsvir edildiyi üçün onun şərəfinə adlandırılan, qalxanabənzər vəzin xroniki iltihabi bir xəstəliyidir. 

Haşimoto xəstəliyi (Autoimmun tiroidit), qalxanabənzər vəzin funksional yetməzliyinə ən çox səbəb olan xəstəlikdir. Bu xəstəlik zamanı orqanizm özü öz toxumasını tanımır, onu yad bir orqan və yaxud cism kimi qəbul edərək yox etməyə çalışır. Haşimoto tireoiditi zamanı qanda çoxlu miqdarda anti-tpo və anti-tg antitelləri yaranır.

HAŞİMOTO XƏSTƏLİYİ HANSI XƏSTƏLİKLƏRLƏ BİRLİKDƏ RAST GƏLİNƏ BİLƏR?

Qreyvs xəstəliyi 1-ci tip şəkərli diabet Adisson xəstəliyi (böyrəküstü vəz yetməzliyi) Revmatoid artrit B12 defisitli qanazlığı Hipoqonadizm Vitiliqo Miastenia qravis Hipoparatiroidizm və s. kimi autoimmun xəstəliklərlə birlikdə rast gəlinə bilər.

Endokrinoloq Ayşən Xəlilova mövzu barədə videoda ətraflı məlumat verib.

Demedia.az Endokrinoloq Ayşən Xəlilova "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az