Türkiyə İraqın şimalında əməliyyat keçirdi - Terrorçular məhv edildi
Türkiyə İraqın şimalında hava əməliyyatı keçirib.
Demedia.az xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Açıqlamada qeyd olunub ki, həyata keçirilən hava əməliyyatında Metina, Qəndil, Hakurk və Qanada terror təşkilatlarının istifadə etdiyi hesab edilən 20 hədəf məhv edilib.
Əməliyyat nəticəsində çoxlu sayda terrorçunun zərərsizləşdirildiyi açılqlanıb.
Açıqlamada vurğulanıb ki, bu əməliyyat zamanı günahsız mülki şəxslərə, dost ünsürlərə, tarixi-mədəni sərvətlərə və ətraf mühitə zərər dəyməməsi üçün bütün tədbirlər görülüb.
Bahadur Seyidov