Yeni “iPhone 15”lərdə bu problem var - “Apple” etiraf etdi



 15:14 02.10.2023     305

“Apple” yeni telefonunda problemin olduğunu etiraf edib.

Demedia.az xəbər verir ki, “iPhone 15 Pro” və “iPhone 15 Pro Max” istifadəçilərinin cihazların daha çox qızması şikayətlərə  səbəb olub. 

Bununla bağlı açıqlama verən şirkət bildirib ki, artıq qızma problemini həll etmək üçün tezliklə proqram yeniləməsinni təmin edəcək. 

Problemlərə iOS 17-dəki səhvlər və A17 Pro çipini həddən artıq yükləyən “Instagram” və “Uber” daxil olmaqla bəzi üçüncü tərəf proqramlarında edilən son yeniləmələr səbəb olduğu bildirilir. 

Bahadur Seyidov